ARVAD-UŞAQis. dan. 1. Ailə, külfət. Mir Mustafa xanın özü dağlara qaçıb, arvad-uşağı isə əsir gedib. Çəmənzəminli.
2. Qadınlar və uşaqlar (bir yerdə). [Hacı Qurban:] Köç qalıb arvad-uşaq əlində, mənsiz tərpənə bilməzlər, vaxt veriniz köçü yerinə yetirib, gəlim qulluğunuza. N.Vəzirov. [Tehran] beləcə yurdsuz-yuvasız arvaduşaqla doludur. M.İbrahimov. Bəlkə Həpir arvad-uşağı qorxuzmaq üçün qəzəblə gəlirdi. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|