ASAYİŞis. [fars.] Əmin-amanlıq, dinclik, sakitlik, nizam və qayda. Asayişi bərpa etmək. Asayişi pozmaq. Asayişi qorumaq. Elmlər sayəsində .. insan övladının xoşbəxtlik və asayişinə səbəb olan nəcib icadlar meydana gəlmişdi. M.F.Axundzadə. Şəhərdə asayiş və əmniyyəti pozmaq .. istəyənlər olduğu yerində cəzalanacaqdır. M.S.Ordubadi.
// İstirahət. Rota bu gün vuruşurdu, sabah asayişdə olurdu, bir müddət sonra yenə cəbhəyə gedir, sonra yenə arxaya düşürdü. Mir Cəlal. // Rahatlıq. Könül asayişi, canın rahəti; Gülgəz zənəxdanda, tər zəğəndədir. M.P.Vaqif. Gözlərindən məni-bədbəxtə bir asayiş yox; Uddurur qan gecələr ol iki bimar mənə. Q.Zakir. Paylaşın - Hamı bilsin
|