İzahlı lüğət

ALLAHQURUCULUQ (ID - 1151)

is. tar. 1905-ci il inqilabının məğlubiyyətindən sonra sosial-demokrat ziyalılar arasında yayılmış və yeni “sosialist” dini təbliğ etmiş dini-fəlsəfi, daha çox etik cərəyan.

ALLAHLIQ (ID - 1152)

is. məc. dan. Hökmranlıq, hakimlik, özbaşmalıq. [Safo:] Bu gödək adamlar da gündə üç dəfə allahlıq iddiasına düşürlər. S.Rəhimov.
□ Allahlıq etmək -hökmranlıq etmək, hökm sürmək, başlıbaşmalıq etmək.

ALLAHPAYI (ID - 1153)

is. Sədəqə. Dilənçi qoltuğundakı köhnəpaltarı ki, ona allahpayı vermişdilər, Nurəddinə geyindirdi. S.S.Axundov.

ALLAHPƏRƏST (ID - 1154)

is. [ər. Allah və fars. pərəst] Allaha inanan, Allaha sitayiş edən; dindar.

ALLAHPƏRƏSTLİK (ID - 1155)

is. Allaha inanma, Allaha sitayiş etmə; dindarlıq.

ALLAHSIZ (ID - 1156)

sif. və is. 1. Allaha, dini etiqadlara inanmayan, dinsiz. Allahsızlar cəmiyyəti.
2. məc. dan. İnsafsız, zalım, amansız (bəzən zarafat, bəzən də töhmət yerinə işlənir).
Vermə ürəyi, əmanətindir! Allahsız ilə həyat çətindir!...

ALLAHSIZLIQ (ID - 1157)

is. 1. Allaha, dini etiqadlara inanmama. Allahsızlıq cəmiyyəti mənən ölümə məhkum edir. - Bəşər oğlu, heç üzünü tutma göylərə; Allahları üşütmədi allahsızlığın.. M.Araz.
2. məc. dan. İnsafsızlıq, zalımlıq. Allahsızlıq...

ALLANMA (ID - 1158)

“Allanmaq”dan f.is.

ALLANMAQ (ID - 1159)

f Al rəngə boyanmaq, bəzənmək; al çiçək açmaq.
// Qızarmaq, al rəng almaq. Ağ alma allanıbdı; Ağacdan sallanıbdı; Mən sənə nə dedim ki; Gül üzün xallanıbdı? (Bayatı). Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir;...

ALLAŞDIRILMA (ID - 1160)

“Allaşdırılmaq”dan f.is.

ALLAŞDIRILMAQ (ID - 1161)

məch. Al rəngə boyadılmaq, al hala salınmaq, qızardılmaq.

ALLAŞDIRMA (ID - 1162)

“Allaşdırmaq”dan f.is.

ALLAŞDIRMAQ (ID - 1163)

f Al rəngə boyamaq, al etmək, qızartmaq.

ALLEQORİK (ID - 1164)

sif. Alleqoriyalı, məcazi. Alleqorik hekayə. Alleqorik şeir. Alleqorik təsvirlər. - Alleqorik xasiyyət daşıyan bu heykəllər xalq rifahının əməkdə, elmdə olduğunu ifadə edir. M.İbrahimov.

ALLEQORİYA (ID - 1165)

[yun.] 1. Hər hansı bir mücərrəd məfhumun, fikrin, ideyanın konkret bədii surətdə əyani ifadəsi (ədəbiyyatda, heykəltəraşlıqda, rəssamlıqda). Orta əsr Şərq ədəbiyyatında alleqoriya mühüm yer tutmuşdur.
2. Rəmz, kinayə,...

ALLEQRO (ID - 1166)

[ital.] mus. 1. Tez, iti, cəld (musiqi əsərinin ifasının tempi haqqında).
2. Bu tempdə ifa edilən musiqi əsəri və ya onun bir hissəsi. Əvvəllərdə yalnız iti sürətlə yazıldığına görə buna həm də sonata alleqrosu deyilir....

ALLERGİYA (ID - 1167)

is. [yun.] 1. Orqanizmin bəzi şeylərə həssaslığı nəticəsində korlanması xəstəliyi. Allergiya xəstəliklərinin başvermə səbəbləri.
2. məc. Müəyyən hadisə və ya şeydən xoşlanmamaq, narahat olmaq.

ALLI (ID - 1168)

sif. köhn. Al rəngli paltar geymiş. Tərifli gözəllər gəlhagəl oldu; Yaşıllı, zərbaflı, allı Sənəm, gəl! Xəstə Qasım.

ALLI-ƏLVANLI (ID - 1169)

sif. Al-əlvan. Açılın iyli güllərim, açılın! Allı-əlvanlı güllərim, açılın! A.Səhhət. Allı-əlvanlı (z.) bəzənmiş qızlar, gəlinlər əllərində həna, gözlərində sürmə, qaşlarında vəsmə, şad və xürrəm hər kəs...

ALLI-GÜLLÜ (ID - 1170)

sif. Gözəl, qəşəng, bəzəkli, ala-bəzək, güllü-çiçəkli. Gələcəkdir babam mənim yanıma; Baxacaq allı-güllü bostanıma. A.Səhhət. Dostum, sirdaşımdır allıgüllü bahar. O.Sarıvəlli.

ALLIQ (ID - 1171)

is. Al rəngli şeyin halı; qırmızılıq. Bu allıqda gül olmaz. - Geniş payız meşəsi bir allığa və rəngarəng sarılığa boyanırdı. S.Rəhimov.

ALLI-ŞALLI (ID - 1172)

sif. məh. Al-əlvan. Pətəklərdən və bağçada qoyulan qırmızı rəngli yeşiklərdən arılar dəstə-dəstə çıxır, geniş, yaşıl meşələrdə, allı-şallı çəmənlərə axır, dərələrə yayılır, şəhd toplayır və qayıdırdılar....

ALLİTERASİYA (ID - 1173)

is. [lat.] dilç. 1. Avaz yaratmaq məqsədilə eyni səsin təkrar edilməsi (məs.: əldən qalan əlli il qalar.).
Şeirdə bədii vasitələrdən biri. Alliterasiya Azərbaycan poeziyası və xalq ədəbiyyatında geniş yayılmışdır.

ALLO (ID - 1174)

[ing.] Telefonla danışarkən “qulaq asıram”, “qulaq asm” - mənasında işlənən nida. Allo, Bakımıdır? - deyir Talıstan; Yaşasın gələcək! Yaşasın insan! S.Vurğun.

ALMA1 (ID - 1175)

is. Müxtəlif çeşidləri və müxtəlif rənglərdə olan girdə, yaxud uzunsov meyvə. Alma öz ağacından uzağa düşməz. (Ata. sözü).
□ Alma kimi - qıpqırmızı. [Gəlinin] yanaqları alma kimi qızarmışdı. Çəmənzəminli.

ALMA2 (ID - 1176)

“Almaq”dan f.is.

ALMA-ARMUDLUQ (ID - 1177)

is. Alma və armud bağı, alma və armud ağacları əkilmiş yer. Binanı əhatə edən bağ alma-armudluqdan, gilənarlıqdan ibarət idi. S.Rəhimov.

ALMACIQ (ID - 1178)

is. Gözlərin altında, üst çənənin üstündəki çıxıq, yanaq sümüklərinin dik yeri. Almacıq sümükləri. - ..Salavat Movlayev qarayanız, enlisifət, almacıq sümükləri çıxıq, orta yaşlı kosa bir adam idi. Ə.Əbülhəsən.

ALMAÇI (ID - 1179)

is. dan. 1. Alma mütəxəssisi, alma tanıyan adam.
2. köhn. Alma alverçisi.

ALMAGÜVƏSİ (ID - 1180)

is. zool. Alma ağaclarına ziyan verən bir cücü. Almagüvəsi ilə aqrotexniki, bioloji və kimyəvi üsullarla mübarizə aparılır.

ALMAQ (ID - 1181)

f 1. Əlinə götürmək, əl ilə tutub götürmək, qaldırmaq. Əlinə ağac almaq. Qələmi əlinə aldı və yazdı. Tüfəngini alıb ova getdi. - Aqil böyüklərə məxsus bir ədəblə çəngəl-bıçaq almış, çörəyini-xörəyini qabağına...

ALMALIQ1 (ID - 1182)

is. Alma bağı, alma ağacları əkilən yer. Onlar gəlib almalığa çatdılar. Qırmızı ətirli almaları gördükdə, Qaraca qızın gözləri parladı. S.S.Axundov.

ALMALIQ2 (ID - 1183)

is. Atların gözlərinin üst tərəfindəki çuxur yer, çökəklik.

ALMAN (ID - 1184)

is. Almaniyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Alman ədəbiyyatının qədim abidələri. Klassik alman fəlsəfəsi.

ALMANAX (ID - 1185)

[ər. “əlmənah” sözündən] Müxtəlif yazıçıların əsərlərindən ibarət qeyri-dövri məcmuə. Ədəbiyyat almanaxı.
.. “İncəsənət” almanaxının üçüncü nömrəsi çapa hazırlanmışdır. (Qəzetlərdən).

ALMANCA (ID - 1186)

zərf və sif Alman dilində. Almanca danışmaq. Almanca dərslik.

ALMANPƏRƏST (ID - 1187)

is. Almanlara, alman adət və mədəniyyətinə pərəstiş edən adam.

ALMANPƏRƏSTLİK (ID - 1188)

is. Almanlara, alman mədəniyyət və adətlərinə pərəstiş etmə.

ALMAYANAQ (ID - 1189)

sif 1. Yanaqları qırmızı; alyanaq. Almayanaq qız.
2. Almacıq sümükləri çıxıq. Almayanaq monqollar; Yel qanadlı atlarla aşdılar; Tibet çölünü. R.Rza.

ALMAZ (ID - 1190)

is. 1. Son dərəcə bərk, rəngsiz, şəffaf qiymətli daş (xüsusi şəkildə taraşlanmış almaz brilyant adlanır). Almaz kimi şəffaf. - [Hacı Murad:] Pəh, pəh, pəh, .. almazların şəfəqi gözlərimi qamaşdırır. S.S.Axundov. ..İncə...

ALMAZI (ID - 1191)

sif. Almaz kimi şəffaf; duru, təmiz. Ədalət gözlərindən almazı yaşlar tökərək başıaşağı dərəyə qaçırdı. Mir Cəlal.

ALNIAÇIQ (ID - 1192)

sif. Vicdanı təmiz, utanılacaq işi olmayan, namuslu. İlk baharın sevincilə xumarlanan gözəl səhər; Min zəfərlə qarşılayır alnıaçıq ordumuzu. S.Vurğun. [Kərim bəy:] [Nəriman], o gün olsun ki, sağ-salamat, alnıaçıq (z.) qayıt...

ALOV (ID - 1193)

is. Yanan bir şeydən çıxan od. Tonqalın alovu uzaqdan görünür. Yanğının alovu hər tərəfi işıqlandırır. - Qığılcımdan alov törər. (Məsəl). Hər tərəfdən odyağırdı, alov və tüstü çıxırdı. M.İbrahimov. Alovdan səmayə...

ALOVGÖZLÜ (ID - 1194)

sif. Gözlərindən alov saçan, qızğın, ehtiraslı.
// Məc. mənada. Mən gurultu qoparmağı ilk öncə; Alovgözlü şimşəklərdən öyrəndim. M.Müşfiq.

ALOVLANDIRILMAQ (ID - 1195)

məch. 1. Yandırılmaq, alışdırılmaq, alov çıxarılmaq.
2. məc. Qızışdırılmaq, şiddətləndirilmək, gücləndirilmək.

ALOVLANDIRMA (ID - 1196)

“Alovlandırmaq”dan fis.

ALOVLANDIRMAQ (ID - 1197)

f 1. Yandırmaq, alışdırmaq, tutuşdurmaq, alov çıxartmaq. Tonqalı alovlandırmaq. Külək yanğını daha da alovlandırdı.
2. məc. Daha da şiddətləndirmək, qızışdırmaq, gücləndirmək. Düşmənin vəhşiliyi ona qarşı olan kin...

ALOVLANMA (ID - 1198)

“Alovlanmaq”dan f.is.

ALOVLANMAQ (ID - 1199)

f. 1. Bərk yanmaq, alışmaq, tutuşmaq, alışıb-yanmaq. İldırım vurmuş taya dərhal alovlandı.
məc. Qızarmaq, işıqlanmaq, parlamaq. Dan yeri alovlandı. - Yenə od tutdu, dan yeri yandı; Şölələndi, üfüq alovlandı. A.Səhhət. Bəzi...

ALOVLATMAQ (ID - 1200)

b a x alovlandırmaq
-ci mənada.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed