
ALLANMAQf Al rəngə boyanmaq, bəzənmək; al çiçək açmaq.
// Qızarmaq, al rəng almaq. Ağ alma allanıbdı; Ağacdan sallanıbdı; Mən sənə nə dedim ki; Gül üzün xallanıbdı? (Bayatı). Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir; Yaşıllanır, həm allanır, şükufələr çiçəklənir. A.Səhhət. Çəmənlərarası yamyaşıl budaqların ara-bərəsindən uzun saplaqlı armudlar saralır, yupyumru almalar qızarıb allanırdı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|