
ALNIAÇIQsif. Vicdanı təmiz, utanılacaq işi olmayan, namuslu. İlk baharın sevincilə xumarlanan gözəl səhər; Min zəfərlə qarşılayır alnıaçıq ordumuzu. S.Vurğun. [Kərim bəy:] [Nəriman], o gün olsun ki, sağ-salamat, alnıaçıq (z.) qayıt gəl, baban sənə çox borcludur. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|