
ALOVis. Yanan bir şeydən çıxan od. Tonqalın alovu uzaqdan görünür. Yanğının alovu hər tərəfi işıqlandırır. - Qığılcımdan alov törər. (Məsəl). Hər tərəfdən odyağırdı, alov və tüstü çıxırdı. M.İbrahimov. Alovdan səmayə çəkilir hasar; Hər addım başında bir təhlükə var. M.Rahim.
// Məc. mənada. Müharibə alovu. Məhəbbət alovu. - [Mirzə:] Xeyr, bəy, ciyər yananda nəfəs əvəzinə alov çıxar. Ə.Haqverdiyev. Alovlar dağıdan xoş nəfəsindən; Hər əsgər qəlbinə min qüvvət axdı. S.Vurğun. Hamının üzündə nifrət alovu yanırdı. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|