ALMAZis. 1. Son dərəcə bərk, rəngsiz, şəffaf qiymətli daş (xüsusi şəkildə taraşlanmış almaz brilyant adlanır). Almaz kimi şəffaf. - [Hacı Murad:] Pəh, pəh, pəh, .. almazların şəfəqi gözlərimi qamaşdırır. S.S.Axundov. ..İncə almazlarla süslənmiş bir cib saatını götürüb çıxdım. M.S.Ordubadi.
Həmin daşdan bir qırıq keçirilmiş şüşəkəsən alət. Şüşəsalanın almazı kütləşmişdir. Sif. mənasında. Həmin daşdan hazırlanmış və ya bu daşla bəzənmiş. Üzüyün almaz qaşı. Xüsusi təşbihlərdə - şəffaflıq, saflıq, parlaqlıq mənasında. Günəş ziyasında qılarkən nəzər; Almaz kimi parıldayır qətrələr. A.Səhhət. Hər sözü bir ulduz, bir şəffaf almaz; Mənalar dünyası qaranlıq deyil. S.Vurğun. Almaz kimi şeh düşür bağçalara, bağlara. M.Seyidzadə. Paylaşın - Hamı bilsin
|