
ALOVLANMAQf. 1. Bərk yanmaq, alışmaq, tutuşmaq, alışıb-yanmaq. İldırım vurmuş taya dərhal alovlandı.
məc. Qızarmaq, işıqlanmaq, parlamaq. Dan yeri alovlandı. - Yenə od tutdu, dan yeri yandı; Şölələndi, üfüq alovlandı. A.Səhhət. Bəzi naxışlar sanki alovlanıb yanır və parlaq tayların zolaqları ilə pəncərəyə doğru uçuşurdu. Çəmənzəminli. məc. Şiddətlənmək, qızışmaq, güclənmək. Müharibə alovlandı. - Əz düşməni, qır düşməni zamandır; Gözlərində alovlansın qəzəb, kin. S.Rüstəm. Paylaşın - Hamı bilsin
|