ARŞINis. Metrik ölçü sistemi qəbul olunanadək işlədilən uzunluq ölçüsü (0,71 metrə bərabərdir). [Əsgər bəy:] Təbrizdə arşını bir abbasıya alınan çit burada altı şahıya satılır. M.F.Axundzadə. Mağaza sahibi iki arşın ölçüb kəsdi, sonra kağıza qoyub Bahadıra verdi. N.Nərimanov.
// Bu uzunluqda olan ölçü aləti. □□ Elə bil arşın udub - qeyri-təbii şəkildə özünü şax tutan adam haqqında. Öz arşını ilə ölçmək - bir şeyi öz şəxsi nöqteyi-nəzərindən, birtərəfli qiymətləndirmək. [Dilşad:] Sən hamını öz arşınınla ölçmə. İ.Əfəndiyev. Paylaşın - Hamı bilsin
|