
ARTEL[rus.] Müəyyən şərtlərlə birlikdə işləmək üçün düzəldilən təsərrüfat birliyi; birləşmə, şirkət. Balıqçılıq arteli. - Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yığıncağı uzun çəkdi. M.Hüseyn.
□ Kənd təsərrüfatı arteli - kəndlilərin ümumiləşdirilmiş əməyi və əsas istehsal vasitələri ilə birgə təsərrüfat işləri aparmaq üçün düzələn sosialist tipli kollektiv təsərrüfat forması; kolxoz. Kənd təsərrüfat arteli nizamnaməsi kolxoz həyatının əsas qanunu idi. Paylaşın - Hamı bilsin
|