AXTA1. sif. Erkəkliyi alınmış canlı. Axta öküz. Axta qoç. Axta xoruz.
□ Axta eləmək b a x axtalamaq. sif. Tumu, çəyirdəyi çıxardılmış. Axta gilas. Axta gavalı. - Xalq batıbdır noğula, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. // is. Tumu, çəyirdəyi çıxardılmış quru zoğal və s. Məcməyinin içində bir nimçəplov, onun üstündə bir toyuq, toyuğun içində yağla qovrulmuş kişmiş, axta olardı. H.Sarabski. is. məh. Yəhər qaltağının üstünə çəkilən gön. Paylaşın - Hamı bilsin
|