
AXŞAMLAMAQf 1. Yol gedərkən bir yerdə gecələyib qalmaq, axşamı orada keçirmək. Köçəri quş kimi hər yerə qoşar; Harda axşamlasa, orda dayaşar. S.Vurğun.
Bütün gün, axşama qədər bir yerdə və ya bir işdə qalmaq. Axşam olmaq, gün batmaq, hava qaralmaq. □□ Yaman yerdə axşamladıq! - gözlənilməz halda çətin vəziyyətə düşməyi bildirən ifadə. [Səriyyə xala:] Yaman yerdə axşamladıq, bala! M.İbrahimov. Paylaşın - Hamı bilsin
|