
AXTALANMIŞfsif 1. Axta edilmiş, erkəklik vəziləri çıxarılmış; burulmuş. Axtalanmış qoç. Axtalanmış xoruz. Axtalanmış heyvan tez kökəlir. - [Çapıq Əmrah:] Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz! İ.Şıxlı.
2. Tumu (çəyirdəyi) çıxarılmış. Axtalanmış zoğal. Axtalanmış meyvə. - İxtiraçı alim armuddan tozcuqlar götürüb, üvəzin axtalanmış çiçəyinə köçürdükdə və ya əksinə etdikdə, mayalanma baş tutdu. M.Axundov. Paylaşın - Hamı bilsin
|