
AXMAQ2sif. Səfeh, ağılsız, gic. Axmaq adam. - Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox axmaq imiş. M.F.Axundzadə.
// Mənasız, boş (söz, hərəkət, iş və s.). Axmaq hərəkət. Axmaq iş tutmaq. Axmaq fikir. [Rüstəm bəy:] Həsənqulu bəy, Rza bəy, sizin üçün eyib olsun ki, bu cürə axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz. Ü.Hacıbəyov. [Tarverdi:] Mən özüm də istəməzdim onun axmaq sözlərini söyləyim. C.Cabbarlı. // Zərf mənasında. [Tubu:] Axmaq danışmıram, sözün gerçəyini mən deyirəm. Ə.Haqverdiyev. // Bəzən söyüş kimi işlənir. axmaq-axmaq zərf [Həmzə bəy:] Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|