
AYRILMAZsif. 1. Heç vaxt bir-birindən ayrılmayan, çox yaxın, həmişə bir yerdə olan. Ayrılmaz dostlar. Ayrılmaz bacılar. Ayrılmaz yoldaşlar. - Dünəndən ayrılmaz, bu günə bağlı; Sabaha can atan təşnə bir insan! Şəhriyar. Bəlkə də bir simli iki sazıq biz; Sən qansan, mən ürək, ayrılmazıq biz. M.Araz.
Heç bir vaxt bir-birindən ayrıla bilməyən, bir-birindən ayırmaq mümkün olmayan. Qarabağ əzəldən Azərbaycanın ayrılmaz parçası olmuşdur. - Sevgi gözəllikdə ayrılmaz ərşdir; Biri Aydır onun, biri Günəşdir. M.Müşfiq. Paylaşın - Hamı bilsin
|