
AZ-ÇOXzərf Bir miqdar, bir qədər, hər bir miqdarda olursa olsun. Az-çox məlumatı olmaq. Az-çox iş görmək. - [Bəkir:] Bu yerlərə mən az-çox bələdəm. N.Vəzirov. [Haşım] axır vaxtlarda az-çox dülgərlik sənətini öyrənmiş və qazandığı paranın yarısını ata-anasına göndərirdi. B.Talıblı.
Paylaşın - Hamı bilsin
|