
ANALİZ[yun.] Tədqiq olunan şeyin hansı tərkib hissələrindən ibarət olduğunu, yaxud onun tərkibinə nə miqdarda bu və ya digər maddənin daxil olduğunu müəyyən etmək üçün tətbiq edilən əməliyyat; təhlil. Analiz və sintez. Kimyəvi analiz. Mədə şirəsi analizi. - Qəbuldan sonra Firuzə kabineti intizama salırdı və laboratoriyada qan analizi üzərində çalışırdı. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|