
AŞİNAis. və sif. [fars.] klas. 1. Məlumatlı, vaqif, tanış, xəbərdar, bələd.
□ Aşina olmaq - tanış olmaq, bələd olmaq. 2. Dost, yaxın yoldaş. Görən kim oldu bu gülşəndə aşinası gülün? X.Natəvan. Biganələrlə çünki olur aşina könül; Kaş olmayaydım ol güli-bixarə aşina. S.Ə.Şirvani. Gördüm əğyarın aşinaları var; Vətəni, qövmü əqrəbaları var. A.Səhhət. Paylaşın - Hamı bilsin
|