
AŞKAR1. sif. Açıq, aydın, göz qabağında olan, bəlli, məlum. Aşkar məsələ. Aşkar iş.
Aşkar etmək - meydana çıxarmaq, üzə çıxarmaq, bəlli etmək, göstərmək, üstünü açmaq, müəyyənləşdirmək. Vəziyyəti aşkar etmək lazımdır. Aşkar olmaq - meydana çıxmaq, bəlli olmaq, məlum olmaq, üzə çıxmaq, üstü açılmaq, aydın olmaq. Məsələ indi aşkar oldu. - Zənn edirəm ki, mətləb burada aşkar olur. C.Məmmədquluzadə. // zərf Açıq, aydın, gizlətmədən. [Hacı Həsən:] Biryolluq aşkar de ki, Nazlını da verəcəyəm Mir Bağır ağaya. C.Məmmədquluzadə. Yox, .. sənin səsində bir titrəyiş var; Gəl məndən gizləmə, aç söylə aşkar! S.Vurğun. is. Həqiqət. [Qurban:] Pəh, pəh, pəh, belə də dəsgah olarını, başına dönüm .. bu yuxudur görəsən, a Qulu, yoxsa aşkardır. N.Vəzirov. [Nisə xala:] İlahi, bu yuxudur, nağıldır, aşkardır? Mir Cəlal. Paylaşın - Hamı bilsin
|