
AŞİQANƏsif. [ər. aşiq və fars. ...anə] Eşqə, məhəbbətə, sevgiyə aid olan; eşq, məhəbbət, sevgi ifadə edən. Aşiqanə məktub. Aşiqanə roman. Aşiqanə lirika. Aşiqanə nəzər salmaq. - Mən aşiqəm, həmişə sözüm aşiqanədir. Füzuli. Yetişdim kamə, yazdım aşiqanə şeirlər, Seyyid. S.Ə.Şirvani. Fəryad elə bir dəm aşiqanə (z.); Söylə dili-zarü natəvanə. M.Ə.Sabir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. F.Köçərli.
Paylaşın - Hamı bilsin
|