
ASUDƏsif və zərf [fars.] 1. Rahat, dinc, qayğısız, arxayın. Asudə həyat. Asudə yaşamaq. - Olduz hərəniz bir evin oğlanı, uşaqlar! Asudə gəzin indi bu dünyanı, uşaqlar. M.Ə.Sabir. Buna bax, gör necə yatmış burada asudə; Yazmayır, işləməyir, vaxtı itir bihudə. A.Səhhət. [Mirzağa] yalnız evlənməklə öz həyatını müəyyən bir şəklə sala bilər, onun sayəsində asudə, rahat bir həyat sürə bilərdi. S.Hüseyn. Asudə olmaq - rahat olmaq. ..Darülfünunda tətildir, zaçotlar gedir; iyunun iyirmisindən sonra tamam asudə olacağam. Ə.Haqverdiyev.
Bikar, işi olmama. [Səttar bəy:] Bu gün bazar günüdür, bilirəm asudəsən. N.Vəzirov. Təhlükəsiz, azad, sərbəst, nəzarətsiz. Ayı özünü asudə görüb, bir müddət kolluqda gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|