İzahlı lüğət

AŞ1

is. 1. Xörək, yemək, bişmiş. Aşın sıyıqlığı dənin azlığındandır. (Ata. sözü). Bəzi yerlərdə təsadüf olunur aşa, ətə. M.Ə.Sabir.
Plov. Südlü aş. Çığırtmalı aş. Lobyalı aş. Qiyməli aş.
Un, düyü, yarma və s.-dən bişirilən sıyıq xörək; horra.
□□ Aş bişirmək məc. - tələ qurmaq. Bütün bu hallar bu gün [Məşədi Kazım Ağanın] .. mənim üçün bir “aş bişirdiyini” göstərirdi. M.S.Ordubadi. [Müşavir:] Olsun, Osman,
sənə bir aş bişirim ki, hər qaşığı bir dad versin. P.Makulu. Aşı bişmək məc. - işi bitmək, bədbəxtliyə düşmək. Aşına su qatmaq - işini korlamaq, işinə pər qatmaq, işi baş tutmağa qoymamaq, əngəl törətmək. Aşını-suyunu vermək - cəzalandırmaq, bərk danlamaq. Arvadlar bunu gördükdə yazıq soldatın aşını-suyunu verirlər. H.Sarabski. Az(acıq) aşın duzu deyil - çox hiyləgər, bic, araqarışdıran adam haqqında. Arvad azacıq aşın duzu deyil. Ə.Əbülhəsən. Əli aşından da olmaq, Vəli aşından da - əli hər şeydən çıxmaq, avara qalmaq. Harada aş, orada baş - heç bir zəhmət çəkmədən, hazıra gəlib çıxan adam haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AHA

AHU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed