
AŞIQ1is. Xalq xanəndəsi; həm oxuyan, həm çalan, həm də söz qoşan el sənətkarı. Xalq aşığı. Aşıq havaları. - Aşığın sözü qurtaranda “neylim-neylim ” deyər. (Məsəl). El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev. Dindir, aşıq qardaş, dindir bir sazı; Onunla gülmüşdür ömrümün yazı. Z.Xəlil.
Paylaşın - Hamı bilsin
|