ALƏTis. [ər.] 1. Bir iş görmək, yaxud şey qayırmaq üçün işlədilən texniki vasitə, karastı və s. İstehsal alətləri. Kənd təsərrüfatı alətləri. Dülgərlik alətləri. Əmək alətləri.
[Həyat:] Kolxozlardan təmir üçün gələn alətlər əl dəyilməmiş qalır. M.İbrahimov. // Cihaz. Çəki alətləri. Ölçü alətləri. - Ruzgarın piş-əz-vəqt dəyişilməsini bilməkdən ötrü bir alət ixtira ediblər ki, adına mizanülhava (barometr) deyirlər. H.Zərdabi. Musiqi səsləri çıxarmaq üçün xüsusi cihaz. Çalğı aləti. Simli musiqi alətləri. məc. Hər hansı bir məqsədi əldə etmək üçün vasitə. Əldə alət olmaq. Əlində alət etmək. - Məsciddə həsiri eləmə aləti-təzvir; Mərdanə qədəh tut, bu riyadən dəxi ar et. S.Ə.Şirvani. Müstəbidləryaşamaqçün rahət; Şairi əldə ediblər alət. A.Səhhət. Əvvəlcə Hacı Səməd xanın çar konsulu əlində alət olduğunu ifşa etmək.. lazım idi. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|