ALIŞDIRMAQ2f 1. Öyrətmək, öyrəşdirmək, vərdiş etməsinə səbəb olmaq. Zəhmətə alışdırmaq. Özünü soyuğa alışdırmaq. Uşaqları kiçik yaşlarından başlayaraq sağlamlıq qaydalarına alışdırmaq lazımdır.
Mən Şümşad xanımın onu [Miss Hannanı] dua yazdırmaq və fal açdırmağa alışdırdığını bilirdim. M.S.Ordubadi. Güldü Bənna: Bəli, - dedi, - gərək tələsək; Cəld olmağa alışdıraq hər bir naşını. Ə.Cəmil. Əhliləşdirmək, ələ öyrətmək, təlim etmək, isinişdirmək. [Ovçular qızılquş balalarını] iki-üç gün ac saxlar və yavaş-yavaş ət verib özlərinə alışdırdıqdan sonra, göz qapaqlarını açarlar. A.Şaiq. Canına salmaq. Səlim bəy Nəbinin başı üçün çoxlu maya verməyi öhdəsinə aldı. Hampaları alışdırdı kəndlərə. “Qaçaq Nəbi”. Paylaşın - Hamı bilsin
|