İzahlı lüğət

ALIN

is. 1. Üzün saç ilə qaş arasında olan ön hissəsi. Geniş alın. Dar alın. - Süleyman bəy əyləşir yerdə, papağını çıxarıb qoyur yanına və dəsmalı ilə alnının tərini silir. Ə.Haqverdiyev. [Gülbadam] ağ kisəyi köynəyinin enli qolları ilə uşağın alnındakı təri sildi. N.Nərimanov.
məc. Bir şeyin ön tərəfi. Alnından vurmaq.
□□ Alın təri - zəhmət, əmək. Alın təri ilə qazanmaq - öz zəhməti ilə qazanmaq, öz əməyi ilə əldə etmək. Alın təri tökmək çox zəhmət çəkmək, əmək sərf etmək. Alın yazısı din. - tale, qismət, qədər. Alnı pak vicdanı təmiz, ləkəsiz, namuslu. Alnında yazılmaq din. - taleyi qabaqcadan müəyyən olmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed