ALIQis. köhn. Öküz, kəl və başqa yük heyvanlarının belinə palan əvəzinə qoyulan çul, keçə və s. yumşaq şey. Sən ki alığa da möhtac olursan; Əbəs yerə neçin zəhmət elərsən. M.V.Vidadi. Sahibləri çulun, alığın soydu. Q.Zakir.
□□ Alığını aşırmaq - öhdəsindən gəlmək, devirmək. Bəyi .. yola salmışıq, lap bizim hökuməti quran günlər bəylərin alığını aşırdıq. S.Rəhimov. Çox belələrinin alığını aşırmışam. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|