İzahlı lüğət

ALAQARANLIQ

sif. 1. Bir az qaranlıq, yarıişıq, yarıqaranlıq. Onu [Tanyanı] həbsxananın qalın divarları, alaqaranlıq koridorları sıxır, [o] qaçıb qurtulmağa çarələr düşünürdü. A.Şaiq. Qəza icraiyyə komitəsi dəftərxanasında ən dibdəki alaqaranlıq otağa girsəydiniz, bir neçə dolab və bir masa ilə bir kürsü görərdiniz. H.Nəzərli.
2. Səhər çağı, sübh gün çıxmaq üzrə olanda, dan yeri sökülən vaxt. Hava alaqaranlıq ikən biz kəndə girdik. Kənd təzə-təzə oyanırdı. S.Rəhimov. Cahandar ağa başa düşdü ki, pristav onu alaqaranlıqda boş-boşuna yanına çağırmır. İ.Şıxlı. [Qəhrəman] atası ilə birlikdə səhər ala-qaranlıqdan (z.) dükana gedər, axşam gün batandan sonra evə qayıdardı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed