
ARDINCAzərf Dalınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Ardınca getmək. Bir-birinin ardınca gəlmək. Günlər, həftələr, aylar bir-birinin ardınca gəlib keçir.
Hər qandə şam olursə, ardıncə sübhdəmdir. Nəsimi. Xurşidi-mey ardınca səni hər gecə ta sübh; Ey mah, nə layiqdi ki, səyyarə desinlər. S.Ə.Şirvani. Əcnəbi müsafir Bakının məşəqqətli ruzgarına adət etmədiyindən tozun qorxusundan gözlərini yumub, Məşədi Əsgərin ardınca ahəstə-ahəstə gedirdi. S.M.Qənizadə. Paylaşın - Hamı bilsin
|