
ARXASIZsif Köməyi, arxası, havadarı, himayəçisi olmayan; köməksiz. Arxalıya arxa olma - yamaq sayarlar; Arxasıza arxa ol - dayaq sayarlar. (Ata. sözü). Zöhhakı məhv edən Gavə yoxsul, arxasız bir dəmirçi idi. H.Cavid. Bu gün Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|