
ARFA[alm.] mus. Üzərinə simlər çəkilmiş böyük üçbucaq çərçivə şəkilli barmaqla (mizrabsız) çalınan musiqi aləti; cəng. [İnsanlar] kamanların altına çanaqlar qayırıb, kirişlərin də sayını artırmaq yolu ilə nəticədə arfa və arfaya bənzər cəng musiqi alətlərini ixtira edirlər. Ə.Bədəlbəyli.
Paylaşın - Hamı bilsin
|