
AĞZIDUALIsif. köhn. Daima dua oxumaqla, ibadətlə məşğul olan adam; dindar, mömin. Nitqi həqiqətli, sözü fal kişi; Ağzıdualı qoca baqqal kişi. M.Ə.Sabir. [Münəvvər] həmişə dəstəmazlı, ağzıdualı (z.), pak niyyətlə getsə də, nəticə vermirdi. Mir Cəlal. [Xeyransa:] A kişi, mən oğlanı görməmişəm, anası canlara dəyən bir adamdır. Məclislər yaraşığı, əlitəsbehli, ağzıdualı mömin atası var. H.Sarabski.
Paylaşın - Hamı bilsin
|