
AXIŞis. Axma, axma tərzi. Dağların yağışından; Rəngindən, axışından; Bu gediş ömürlükdür; Duymuşam baxışından. (Bayatı). Gümüş xəncərə bənzər dağ döşündən axan çay; O çayların axışı şerimə olarını tay? S.Rüstəm. Kür sakit axıb gedir, axışı ürəyimdə; İzlər buraxıb gedir. M.Rahim.
Paylaşın - Hamı bilsin
|