
ARXAYINLAŞMAQf. 1. Əldə edilən müvəffəqiyyətlərdən sonra rahat olmaq, daha fəaliyyət göstərməmək. Əldə edilmiş müvəffəqiyyətlərlə arxayınlaşmaq olmaz. Arxayınlaşmaq üçün heç bir əsas yoxdur.
Arxayın olmaq, xatircəm olmaq, əmin olmaq. [Rayon işçiləri] öz qəzet və məcmuə paylarını almaq və arxayınlaşmaq istəyirdilər. S.Rəhimov. Məmməd arxayınlaşmaq üçün qapıda durub onun dalınca baxdı. M.İbrahimov. İşdən azad olmaq, işini görüb qurtararaq asudə olmaq. İşimi qurtardım, arxayınlaşdım. Paylaşın - Hamı bilsin
|