
AC-YALAVACis. və sif. Ac, heç bir şeyi olmayan, yoxsul, dilənçi, səfil. [Azyaşlı uşaqlar] ac-yalavac, dilənçi günündə yaşayır, gecə-gündüz insan qüvvəsindən xaric işləyirdilər. H.Sarabski.
□ Ac-yalavac qoymaq - hər şeydən məhrum etmək, varyoxunu əlindən almaq, müflis etmək, dilənçi halına salmaq. [Ramazan:] Mən yazığın da var-yoxunu cürbəcür hiylə ilə əlimdən [Səfər] aldı, məni ac-yalavac qoyub, bu günə saldı. B.Talıblı. ...açan Bəzi sözlərə qoşularaq mürəkkəb sifət düzəldilir; məs.: könülaçan, ürəkaçan, gözaçan, iştahaçan. Paylaşın - Hamı bilsin
|