ACITMAQ2f. İncitmək, acığını tutdurmaq. Sözüm onu acıtdı. - Acıtdı məni acı sözün, tünd nigahın. Füzuli. Yalnız Mahmudu acıdan bu idi ki, .. arvadı üzünün dörddən biri və yaxud yarısını göstərməyi əvəzinə, çarşabı lap çiyninə atıb başını tamamilə açmışdı. B.Talıblı. [Qaçayın] qaşqabağı, sallaq dodağı, çatılan qaşı, qırışıq alnı müəllimi lap acıtdı. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|