AÇARis. 1. Qıfılı açmaq və ya bağlamaq aləti. Qapı açarı. Stolun açarı. Şkaf açarı.
Sən də açılmamış bir dəfinəsən; Açarı qeyb olan bir xəzinəsən. M.Müşflq. // Məc. mənada. Beş dənizin açarı indi əlimizdədir. Ə.Cəmil. Canlı dildə bəzən “qıfıl” mənasında da işlənir. Açarın dili sınıbdır. Qapının açarını aç. Çilingərlikdə işlədilən müxtəlif ölçülü alətlər. // Elektrik cərəyanını açıb bağlamaq üçün alət. Elektrik açarı. // Saat və s. mexanizmləri qurmaq üçün alət. xüs. Şifrlə yazılmış bir mətni oxumaq üçün xüsusi şəkildə düzəldilmiş hərflər sistemi. Şifrin açarını tapmaq. // məc. Çeşidli problem və məsələlərin həlli yolu. Məsələnin açarını tapmaq. - Bilik xəzinəsinə kitabdır qızıl açar. M.Seyidzadə. filol. Çətin bir mətni yaxşı başa düşmək, üçün sadə şəkildə şərh edilmiş yazı. Nizami əsərlərinin açarı. Firuzabadi qamusunun açarı. mus. Not sətirlərinin əvvəlində notların mənasını müəyyən edən işarə. Skripka açarı. □□ Açar salmaq - 1) oğurluq məqsədi ilə özgənin qapısını açmaq; 2) məc. birinin qəlbini, ürək sirrini bilmək üçün onu sınamaq; yoxlamaq. Paylaşın - Hamı bilsin
|