
AC-SUSUZzərf Heç bir şey yemədən, acqarına, tamamilə ac halda. [Hacı Murad:] Ac-susuz altı saatdır o tacirin, bu tacirin dükanının qabağını kəsdirib borc yığıram. S.S.Axundov. Neçə gün meşədə ac-susuz qalan Xanməmməd təsadüfən tapılır və yarımcan halda qalaya gətirilir. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|