İzahlı lüğət

AÇIQLIQ

is. 1. Açıq yer, düzəngah, açıq sahə, meydan. Açıqlıqda çadır qurmaq. Uşaqlar açıqlıqda top-top oynayırlar.
[Maro] meşədə xeyli dolandıqdan sonra, meşənin dərinliyində alaçıq böyüklüyündə açıqlıq tapdı. S.Rəhimov.
// Tikintisiz yer, açıq yer, boş yer. Məktəbin dalı açıqlıqdır. Açıqlıqda binalar tikilmişdir. - [Toğrul] açıqlıqdan keçdi, kömür kimi qara və müzlim görünən qamışlığa girdi. H.Nəzərli.
İki şey arasındakı boşluq, aralıq, məsafə. Yol ilə arx arasındakı açıqlıqda ağaclar əkilmişdir. Kisələri açıqlığa qoy. - Fasilə etibarı ilə bunların arasındakı açıqlıq bir o qədər deyildi. S.Hüseyn.
Aydınlıq, təmizlik, buludsuzluq. Havanın açıqlığı. Göy üzünün açıqlığı.
Açıq, örtüsüz, qapalı olmayan şeyin halı.
məc. Səmimilik, ürəyiaçıqlıq, qəlbini gizlətməmə. [Mahmud] təbiətinə xas bir açıqlıq və rayihə ilə bizi heyran etmişdi. M.İbrahimov. [Rüxsarə] indi tənhadır, indi artıq Rüxsarə ilə tam açıqlığı ilə danışa bilərdi. S.Rəhimov.
□□ Açıqlığa çıxmaq məc. - sıxıntıdan, əziyyətdən qurtarmaq, dərddən, qəmdən xilas olmaq, xoş günə çıxmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AHA

AND

ARA

......
.....i_l_by_id_with_comments