
ATICI1. sif. Yaxşı tüfəng atan, yaxşı nişan vuran; mahir nişançı.
// tar. Nişançı. Fəhlələrdən təşkil edilmiş atıcı dəstələri birinci gün lazımi kömək göstərə bilmədilər.. A.Şaiq. // İs. mənasında. Cavanşir elinə mənsub sallağı bığlı, qolsuz kürklü atıcılar var idi. Çəmənzəminli. [Qoca:] Belə tuşqul atıcı mən görməmişəm, qarovullamağı da çox uzaq çəkmədi, amma yenə düz vurdu. A.Divanbəyoğlu. 2. is. Yun və pambıq kimi şeyləri xüsusi alətlərlə didib yumşaldan usta, fəhlə; həllac. Paylaşın - Hamı bilsin
|