.....i_l_by_id_with_comments
ATLAZis. [ər.] 1. Üzü hamar, parlaq ipək parça növü. Get atlazın yaxşısından; Yaşılından da al gətir! Aşıq Hüseyn.
// Atlazdan tikilmiş. Mən aşıq gül əndama; Çıxıbdır gülən dama; Olam bir atlaz köynək; Yaraşam gül əndama. (Bayatı). ..Sürtükün bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu. M.S.Ordubadi. Naznaz atlaz paltarını yığıb, neylon corablarda işıldayan qılçalarını qabağa verərək maşından çıxır. M.İbrahimov. 2. Təşbihlərdə: atlaz kimi parlaq, hamar şey haqqında. Doğrudan da, usta Ağabalanın saqqalı gözəl saqqal idi: qara atlaz parçası kimi üzünün iki tərəfini tutub. Çəmənzəminli. Ortada gömgöy otlarla atlaz kimi döşənmiş geniş bir meydan vardı. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|