ATIB-TUTMAQf. 1. Bir şeyi əlləri ilə yuxarıya atmaq və yerə düşərkən tutmaq. Paltarlarımızı tamam çıxarıb adama bir fitə tutardıq və sonra on-on beş girvənkə gələn ağac milləri atıb-tutardıq, oynadardıq. Günümüz elə zorxanada keçərdi. Çəmənzəminli.
// Sevgi və hörmət əlaməti olaraq, bir adamı əlləri üstündə yuxarı atmaq və tutmaq. Vahid Nəzirəni qolları arasına alıb oynadır, top kimi atıb-tuturdu. Mir Cəlal. // məc. Əzizləmək. [Dilbər:] Alik deyir: - Siz mənim olsaydınız, gecə-gündüz sizi atıbtutar, bir kukla kimi oynadardım. C.Cabbarlı. 2. məc. dan. Ətraflı düşünmək, ölçüb-biçmək. Məsələni qabaqca atıb-tutmaq lazım idi. Paylaşın - Hamı bilsin
|