İzahlı lüğət

ATILMAQ

1. “Atmaq”dan məch.
t-siz. Bir şeyin üstündən hoppanmaq, hoppanıb tullanmaq. Xəndəkdən atılıb keçmək.
// Hündür yerdən aşağıya tullanmaq, tullanıb düşmək. Barıdan atılmaq. Barıdan atılmaq. Dənizə atılmaq. Pəncərədən atılmaq.
t-siz. Cəld yönəlmək, yerimək, yüyürmək, cummaq; üz tutmaq; özünü atmaq. Hamı səs gələn tərəfə atıldı. - Atıl cəbhələrə aslanlar kimi... S.Vurğun. Ağabəyim şən addımlarla atılaraq otaqdan çıxdı. Çəmənzəminli. Məhbusi tez həyətdən küçəyə lampa işığına atıldı.. M.İbrahimov.
// t-siz. Sıçramaq, hücum etmək.
□□ Atılıb-düşmək - 1) qalxıb düşmək, tərpənmək, enib-qalxmaq; 2) çalışıb-çapalamaq, əlləşmək, vurnuxmaq; çox oynamaq, hərəkət etmək. [Şahnisə xanım:] - Ay qara qız, - dedi, - deyəsən yorğunsan, bənizin qaçıb. Axşam sənə dedim ki, az oyna, az atıldüş. Çəmənzəminli; 3) etiraz etmək, narazılıq göstərmək, müqavimət göstərmək. Çox atılıb-düşmək. Nə atılıb-düşürsən?
[Gövhərtac:] Bir iki gün atılıb-düşüb yerində əyləşəcək. Ə.Haqverdiyev; 4) (bəzən “sevincindən”, “şadlığından” sözləri ilə) çox sevinmək, şadlanmaq, özündən çıxmaq. [Kərim baba] nişanladığını vurduqda, bütün arzularına qovuşmuş bəxtiyar bir uşaq kimi sevincindən atılıb-düşərdi. A.Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AT1

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed