ALÇALTMAQf. 1. Alçaq etmək, boyunu qısaltmaq, hündürlüyünü azaltmaq; gödəltmək. Hasarı alçaltmaq. Pəncərə yerini alçaltmaq. Stolun qıçlarını alçaltmaq. Damı alçaltmaq.
məc. Birinin vəzifəsini, rütbəsini aşağı salmaq, daha aşağı vəzifəyə keçirmək. Vəzifəsini alçaltmaq. Qulluğunu alçaltmaq. məc. Hörmətdən salmaq, heysiyyətini, mənliyini təhqir etmək. Özünü alçaltmaq. “Aydın”, “Oqtay Eloğlu” (pyesləri) .. insanı alçaldan, məğrur qəhrəmanları bir heç dərəcəsinə endirən, təmiz və pak məhəbbətləri pozub solduran mühitin çəngindən qurtarmaq yolunu göstərə bilərdi. M.İbrahimov. Əgər sən varsansa... Keçib özündən; Özünü bu qədər alçaltmaq nədir? B.Vahabzadə. Sən sözü alçaltdın özündən əvvəl; Alçaltdın bir ağız afərin üçün. M.Araz. Pisləşdirmək, xarablaşdırmaq, aşağı salmaq. Məhsulun keyfiyyətini alçaltmaq. Azaltmaq, aşağı salmaq, zəiflətmək. Səsini alçaltmaq. Tonu alçaltmaq. - Cavahir sanki qızının [Ağcanm] eşidəcəyindən ehtiyat edərək səsini alçaltdı. İ.Məlikzadə. Paylaşın - Hamı bilsin
|