
ARAMAQ/ Axtarmaq. Sən mükafatım insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. A.Səhhət. Mühəndis yenə də öz dəftərçəsinin neft ilə yağlanmış vərəqlərini aramağa başladı. B.Talıblı.
Arayıb axtarmaq - maraqlanmaq, soruşub bilmək, xəbər tutmaq. Yar məgər yarını yadına salmaz; Arayıb axtarmaz, qəminə qalmaz? Q.Zakir. Paylaşın - Hamı bilsin
|