İzahlı lüğət

ARALI

zərf 1. Bir-birindən bir qədər uzaq, arada bir qədər məsafə qoyaraq. Xasay atlıların bir-birindən aralı getməsini məsləhət gördü. M.Hüseyn. Kəhər kövşənin ortasında, yoldan xeyli aralı uçuq bir xarabalığın səmtinə çatırdı. M.İbrahimov.
// Uzaq. Aralı gəzmək. - Ay ariflər, gəlin sizə söyləyim; İstəkli dostumdan aralı düşdüm. Aşıq Kərəm. Lütf elə, Novruzu yetir Qəndaba; Yarı salma məndən aralı, dağlar! (Qoşma). Uzaqdasan... görməyirəm... bəlkə də bu an; Qar üstündə sürünürsən bizdən aralı. S.Vurğun.
Bir az açıq, yarıqapalı, yarıörtülü. Qapını bir az aralı qoy, hava gəlsin. Pəncərə aralı qalmışdı. Sandığın qapağı aralı qalır, örtülmür.
Seyrək. Ağacları aralı əkmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ALU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed