ARAMis. [fars.] Sakitlik, qərar, rahatlıq, dinclik, sükut; səbir, dözüm. Hənuz vəsldir, ey mah, yoxdur aramın; Nə növ bəs keçəcək mən fəqirə hicranın? S.Ə.Şirvani. Xudayar bəyin bu fikrə düşəndən bir dəqiqə aramı yoxdu. C.Məmmədquluzadə. [Sara Bəhrama:] Bir aydır sənsiz aramım yoxdur, dünya başıma dar olubdur. C.Cabbarlı.
□ Aram etmək (eləmək) - 1) sakit etmək, rahat etmək. Axund onu [Seyidi] bir növ aram edib evinə təklif etdi. Ə.Haqverdiyev; 2) sakit olmaq, rahat olmaq, dincəlmək. Sənsiz, ey can, könlüm aram eyləməz. Nəsimi. Aram olmaq - 1) sakit olmaq, rahat olmaq, qərar tapmaq; 2) səbir etmək. [Molla Qafar:] Kərbəlayı, bir aram ol. Bu saat məsələni qurtarmaq lazımdır. S.Rəhimov. Aram tutmaq (tapmaq) - sakit olmaq, rahat olmaq, qərar tapmaq, səbir etmək. Can neçün aram dutsun, həddən ötdü intizar. Xətayi. [Nuxalılar:] Ağa, sakit ol. Aram tut. Olacağa çarə yoxdur.. M.F.Axundzadə. aram-aram zərf Yavaş-yavaş, asta-asta, aramla. Aram-aram danışmaq. Aram-aram oxumaq. Işi aram-aram gör. - Tabut gedir... Bu ağrıdan ürəklər də qana dönür; Cənazənin arxasınca aram-aram el sürünür. B.Vahabzadə. aramla zərf Qaraca qız qalxıb aramla geyinməyə başladı. Sonra əl-üzünü yuyub, çay içməyə məşğul oldu. S.S.Axundov. “Mirzəyi” havasında bir vəzn ağır və aramla vurulur. Ə.Bədəlbəyli. Paylaşın - Hamı bilsin
|