
ARA-SIRAzərf Arabir, bəzən, hərdənbir, bəzi vaxt, bəzi hallarda, vaxtdan-vaxta. Səhərlərə məxsus olan nəsimdən ara-sıra yarpaqlar qımıldanır.. Yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü.
Şaiq. Kənddə həmişəki kimi sakitlik aram idi. Ancaq ara-sıra kəndin kənarında biriki köpəyin hürməsi eşidilirdi. B.Talıblı. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüşəyə rast gələrək sınırdı. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|