AĞLARsif. Ağlayan, gözüyaşlı, gözü yaşla dolu. Kişi ağlar gözilə qıldı fəğan; Söylədi oğlu: - Ağlama, babacan! M.Ə.Sabir. Seyid ağlar gözü ilə başladı: - Mən Kirmanşahda ikən gecə röyada cəddimi gördüm. Ə.Haqverdiyev. Ağlar gözümdə qanə dönər əşki-həsrətim. H.Cavid.
// məc. Qüssəli, ələmli, kədərli, fəlakətli, müsibətli. □□ Ağlar günə düşmək - b a x ağlar (günə) qalmaq. Ağlar (günə) qalmaq - yiyəsiz qalmaq, xaraba qalmaq, bədbəxt olmaq, müsibətə düşmək. Ağlar (günə) qoymaq - bədbəxt etmək, dərdə salmaq, müsibətə salmaq. Nə sövdadır yenə düşüb başına; Oğul, gedib, ağlar qoyma sən bizi. “Aşıq Qərib”. Paylaşın - Hamı bilsin
|