
AĞLAŞMA1. “Ağlaşmaq”dan f.is.
2. is. Yas, matəm. [Əbdürrəhman bəy:] Arvad, bilirsən nə var; mən sənə çox məsləhət görürəm durub gedəsən bir ağlaşmaya. N.Vəzirov. Köhnə məzarlıqda bir ağlaşma var; Qazılır ortada bir dərin məzar. M.Müşfiq. □ Ağlaşma açmaq (qurmaq) bir yerdə yığılıb ağlamaq. [Arvadlar] ağlaşma qurub ərlərinin ətəklərindən yapışıb davaya getməyə qoymurlar. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|